×
A
A
A
Sazlamalar

Portuqaliyada yanacağın qiyməti qalxır

Lissabon, 16 aprel, AZƏRTAC

Portuqaliyada bu həftə avtomobil yanacağının qiyməti yenidən artacaq. Bu tendensiya artıq on həftə ard-arda davam etməkdədir. Hazırda bir litr yanacağın qiyməti 1,384 avrodur. Bu artım dünya bazarında neft və neft məhsullarının qiymətlərinin qalxması ilə əlaqədardır.
Yeni qiymətlərlə 95 markalı benzin 1,541 avroya satılacaq. Bu yaxınlarda avronun dəyərinin dollara nisbətən artması da qiymətlər üzərində təzyiqi azaltmayıb. İlin əvvəlindən dizel yanacağının qiyməti də 10 sent artıb. Benzinə gəldikdə isə, onun qiymətinin daha çox - 13 sent artdığı bildirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2019-04-16 20:20:00