×
A
A
A
Sazlamalar

Sosial şəbəkələrə yetkinlik yaşına çatmayan istifadəçilər üçün “layk” etmək imkanını ləğv etmək tövsiyə edilib

Bakı, 16 aprel, AZƏRTAC

Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün "layk" etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “ICO” nümayəndələri izah ediblər, "layk"lar elan verənlərə istifadəçilərin seçimi haqqında informasiyanı toplamağa kömək edir. Nəticədə elan verənlər hədəflənmiş reklamdan istifadə edirlər.
ICO sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsi ilə bağlı tövsiyələrə “layk”lar üçün "yaş senzi" haqqında bənd daxil edib. Bundan başqa, tövsiyələrə yetkinlik yaşına çatmayanlar üçün başlanğıc ayar kimi olduğu yerin izlənilməsinin deaktiv edilməsi əlavə edilib.

Dünya 2019-04-16 20:10:00