×
A
A
A
Sazlamalar

“Taxt oyunları”nın son mövsümünün birinci seriyasına 17,4 milyon nəfər baxıb

Bakı, 16 aprel, AZƏRTAC

“Taxt oyunları” teleserialına baxış sayında rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, NBO telekanalının Medium platformasında dərc olunan məlumatına görə, “Taxt oyunları”nın səkkizinci mövsümünün ötən bazar günü göstərilən birinci seriyasına 17,4 milyon nəfər baxıb. Bundan əvvəlki rekord serialın yeddinci mövsümünün axırıncı seriyasının nümayişi zamanı qeydə alınmışdı (16,9 milyon tamaşaçı).
Telekanal qeyd edir ki, bundan əvvəlki mövsümdə hər epizodu orta hesabla 32,8 milyon nəfər izləmişdi. Səkkizinci mövsümdə bu rəqəmin xeyli artacağı gözlənilir.
NBO telekanalı “Taxt oyunları” serialını Amerika fantast-yazıçısı və ssenaristi Corc Martinin “Buz və alovun mahnısı” silsilə romanları əsasında çəkib.

Dünya 2019-04-16 19:19:00