×
A
A
A
Sazlamalar

NATO hərbçisi Litvada həbs olunub

Vilnüs, 16 aprel, AZƏRTAC
NATO hərbçisi sərxoş halda oğurluq əməlinə görə Litvada həbs olunub.
AZƏRTAC xəbər verir ki, hərbçinin bu əməli törətdiyi NATO tərəfindən təsdiq olunub.
Bildirilir ki, bir nəfər beş cinayətkar tərəfindən qarət olunması barədə polisə şikayət verdikdən dərhal sonra təhqiqata başlanılıb. Məlum olub ki, qarətdə iştirak edənlərdən biri NATO qoşunlarında xidmət edən 20 yaşlı norveçli hərbçidir. O, müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Dünya 2019-04-16 18:41:00