×
A
A
A
Sazlamalar

İsveçin Katrineholm şəhərində dilənçilik qadağan edilib

Stokholm, 16 aprel, AZƏRTAC

İsveçin Katrineholm şəhərinin eyniadlı kommunasının inzibati mərkəzinin Şəhər Şurası bələdiyyənin müəyyən yerlərində dilənçiliyə qadağa qoyulmasının tətbiq edilməsi qərarına səs verib.
AZƏRTAC bu barədə İsveç KİV-lərinə istinadla xəbər verir. Yeni qanun, həmçinin Skone əyalətindəki Vellinq bələdiyyələrində də formalaşdırılacaq. Bu, Katrineholmun mərkəzi hissəsindəki bələdiyyə torpaqlarında dilənçiliyə qadağa qoyulması deməkdir.
“Mən Katrineholmda və ümumiyyətlə İsveçdə dilənçiliyi heç vaxt qəbul edə bilmərəm”, - deyə bələdiyyə şurasının sədri Yoran Dalström öz çıxışında qeyd edib.
İndi yeni qanunvericilik təklifi təsdiq olunması üçün şəhər dairə administrasiyası şurasına göndəriləcək.
Qeyd edək ki, küçələrdə dilənçilik etmək məqsədilə son illər İsveçə xeyli sayda qaraçı və digər xalqların nümayəndələri üz tutub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-04-16 18:22:00