×
A
A
A
Sazlamalar

“Paris Notr-Dam kilsəsi” romanı “Amazon”da ən çox satılan kitablardan biri olub

Bakı, 16 aprel, AZƏRTAC

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının beş nəşri kilsədəki yanğından sonra -aprelin 16-da “Amazon” platformasının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.
AZƏRTAC xəbər verir ki, online-reteylerin saytında dərc olunan məlumata əsasən, həmin kitablar hazırda siyahıda 2-ci, 6-cı, 18-ci, 35-ci və 58-ci yerləri tutur. Həmçinin Notr-Dam kilsəsinin tarixi və memarlığı barədə bir neçə kitab da bestsellerlər sırasına düşüb.
“Paris Notr-Dam kilsəsi” romanı 1831-ci ildə dərc olunmuşdu. Bundan on il sonra kilsənin miqyaslı bərpasına başlanılmışdı. Böyük Fransa inqilabı zamanı zədələnmiş heykəltəraşlıq hissəsi təmir olunmuş, həmçinin binaya yeni mil qoyulmuşdu.
Xatırladaq ki, Parisin simvolu sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Təqribən 9 saat davam edən yanğını yalnız aprelin 16-da səhərə yaxın söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.

Dünya 2019-04-16 18:13:00