Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkəmizin qida mütəxəssisləri ABŞ-da səfərdə olublar

Bakı, 15 aprel, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və WCC şirkətinin təşkilatçılığı ilə Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində ABŞ Qida və Dərman Administrasiyası, ABŞ Kənd Təsərrüfatı Departamentinin rəhbərliyi, eləcə də Vaşinqton və onun ətrafında yerləşən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq istiqamətlərində görüşlər keçirilib.
Görüş zamanı həmin qurumlarla qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub. Eyni zamanda qurumlar arasında təcrübə mübadiləsi və laboratoriyaların qeydiyyatı üzrə qabaqcıl təcrübənin tətbiqi sahəsində danışıqlar aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin fəaliyyət sahəsi ilə tanış olub, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Ölkəmizdən olan qida mütəxəssisləri Maryland Sağlamlıq Departamentinin nümayəndə heyəti ilə görüşü zamanı əməkdaşlara müxtəlif sahələr üzrə qida zəncirinin bütün mərhələlərinə dair təqdimatlar keçiriblər.
Səfər Kolumbiya Universitetinin rəhbərliyi ilə keçirilən görüşlə yekunlaşıb. Nümayəndə heyətinin üzvləri universitetin elmi-praktiki araşdırmaları, fəaliyyət sahələri, tətbiq olunan qabaqcıl texnologiyalar ilə yaxından tanış olublar.

Sosial 2019-04-15 18:50:00