Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lyuis Hemilton: Azərbaycandakı tras əladır

Bakı, 15 aprel, AZƏRTAC 

Ötən iki mövsümdə orada problemlərimin yaranmasına baxmayaraq, Azərbaycandakı tras əladır. Bu, maraqlı uik-end idi. Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Mercedes”in pilotu Lyuis Hemilton Formula 1 Çin Qran-Prisindən sonra deyib.
Britaniyalı pilot qeyd edib ki, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxti gətirib. “Mən Valtteri Bottasın və xüsusilə “Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”, -deyə o əlavə edib.
Dünya çempionatının 1000-ci yürüşü olan Çin Qran-Prisində Lyuis Hemilton qalib olub, “Mercedes” komandası isə üçüncü ardıcıl qələbə dublunu əldə edib.

İdman 2019-04-15 18:52:00