Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçılar arasında həndbol yarışlarının qalibləri bəlli olub

Bakı, 15 aprel, AZƏRTAC

Xüsusi olimpiyaçı qızlar arasında həndbol üzrə respublika seçmə yarışları keçirilib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışlar 4 nömrəli xüsusi internat məktəbində təşkil edilib.
Yekun nəticələrə görə, birinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi birinci yeri tutub. İkinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi qalib olub. Üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası ilk pillədə qərarlaşıb.

İdman 2019-04-15 18:34:00