Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tovuzda istifadəyə yararsız 150 kiloqram heyvan cəmdəyi aşkar olunub

Bakı, 15 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kənd ərazisində aprelin 15-i gecə saatlarında vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük hissəsində təxmini çəkisi 150 kiloqram olan istifadəyə yararsız ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Baxış zamanı heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.

Sosial 2019-04-15 18:13:00