×
A
A
A
Sazlamalar

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb

Bakı, 15 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 50-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 40-100 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 313 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 142 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizinə bərabərdir.
Aprelin 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 366, Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 129 santimetr təşkil edib. Salyanda suyun səviyyəsi 8 santimetr azalıb və 154 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 165 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artaraq 94 santimetr təşkil edib.

Ekologiya 2019-04-15 17:32:00