×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim xüsusi beynəlxalq mükafata layiq görülüb

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elnur Qarayev Fransanın əczaçılıq və kosmetik laboratoriyası, tibbi homeopatiya üzrə dünya liderlərindən sayılan “Veleda” şirkətinin mükafatına layiq görülüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin tibbi homeopatiya sahəsində aparılan ən yaxşı elmi-tədqiqat işi ilə əlaqədar keçirdiyi müsabiqədə qaliblər pul mükafatı və sertifikatla yanaşı, “Veleda” laboratoriyasında təcrübə toplamaq imkanını da qazanıblar.
Elnur Qarayevin müsabiqəyə təqdim etdiyi “Dağ andızı bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi” dissertasiyası münsiflər heyətinin böyük marağına səbəb olduğundan onun üçün yeni nominasiya təsis edilib və həmyerlimiz “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Qeyd edək ki, Elnur Qarayev 2017-ci ildə Fransanın Eks-Marsel Universitetində əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Səhiyyə 2019-04-15 14:16:00