×
A
A
A
Sazlamalar

İstanbulda “İlin qızıl adamı” mükafatı sahiblərinə təqdim olunub

İstanbul, 15 aprel, AZƏRTAC
İstanbulda İpək Yolu Strateji Araşdırmalar Mərkəzi və İpək Yolu Media Qrupu tərəfindən “İlin qızıl adamı” mükafatının təqdim edilməsi mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy hər il olduğu kimi, bu il də Türkiyə ilə digər ölkələr arasında dostluq və əməkdaşlıq körpülərinin qurulmasına vəsilə olduqları üçün məmnunluqlarını ifadə edib.
Mərasimdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma, Beynəlxalq Elm Mərkəzinin rəhbəri professor Elçin İskəndərzadəyə, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuliyə və TÜRKSOY-un baş katibi Düsen Kaseinova “Türk dünyasına xidmət”, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverə “İlin qeyri-hökumət təşkilatı”, azərbaycanlı jurnalist Etibar Babayevə “Peşədə 50 il” mükafatları təqdim olunub.
Tədbirdə bir sıra dövlətlərin nümayəndələri, diplomatlar, iş adamları və media təmsilçiləri iştirak ediblər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2019-04-15 12:21:00