×
A
A
A
Sazlamalar

Türkiyənin Aydınlar ocaqları Azərbaycan həqiqətləri ilə bağlı fəaliyyətini daha da canlandıracaq

Ankara, 15 aprel, AZƏRTAC

Türkiyənin Aydınlar ocaqlarının Antalya şəhərində keçirilən 48-ci qurultayı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun çatdırmaq üçün qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək qurultayda təklif edib ki, Türkiyənin Aydınlar Ocaqları fəaliyyətlərində türk dünyasının bütün problemlərini, eləcə də Azərbaycan həqiqətlərini gündəlik fəaliyyətlərində diqqətdə saxlasınlar.
Qurultayın qərarına görə, Aydınlar ocaqları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, bu siyasətin acı nəticələrini, həmçinin Xocalı soyqırımının dəhşətlərini beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəklər. Bildirilir ki, saxta “erməni məsələsi”ndən doğan bütün məsələlər, o cümlədən uydurma “erməni soyqırımı” və Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılması təkcə Azərbaycanın və Türkiyənin deyil, türk dünyası ilə bərabər bütün dünyanın problemidir. Saxta “erməni məsələsi” sülhə, sabitliyə, inkişafa, dostluğa qarşı fəaliyyətdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2019-04-15 11:57:00