×
A
A
A
Sazlamalar

Şəkidə partlayış baş verib, bir nəfər xəsarət alıb

Bakı, 15 aprel, AZƏRTAC 

Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 kvadratmetr olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində mənzilin 25 kvadratmetri və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 kvadratmetr sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə 2019-04-15 10:30:00