×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi: 74 yol kəsişməsində pilot layihənin icrası davam etdirilir

Bakı, 12 aprel, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi 74 yol kəsişməsində pilot layihənin icrasını davam etdirir. Hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 kəsişmədə aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində görülür.
Eyni zamanda, M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib.

Nəqliyyat 2019-04-12 13:13:00