×
A
A
A
Sazlamalar

Paytaxtın bu küçələrinin kəsişməsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da saat 23:00-dan aprelin 11-i saat 06:00-dək paytaxtın Bülbül və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar həmin ərazidə qeyd olunan vaxtda avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.

Tikinti̇ 2019-04-10 17:07:00