×
A
A
A
Sazlamalar

Energetika nazirinin Şirvan şəhərində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 10 aprel, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Nazir aprelin 29-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin “facebook” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Energetika 2019-04-10 14:48:00