Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtın toxuculuq sənayesində 2,9 dəfə artım olub

Bakı, 6 aprel, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 20,5 milyon manat dəyərində məhsul istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə toxuculuq sənayesində 2,9 dəfə, geyim istehsalında 50,2 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 85,2 faiz azalma müşahidə edilib.

Sənaye 2019-04-06 11:32:00