×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483; 2017, № 1, maddə 5) 7.1-1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1412-VQD nömrəli Qanunu) 4.7-ci maddəsinin dördüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Qanunlar 2019-04-05 18:28:00