×
A
A
A
Sazlamalar

Suraxanıdakı bu küçədə xətlənmə işləri aparılır

Bakı, 5 aprel, AZƏRTAC

Suraxanı rayonunun bu küçəsində xətlənmə işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının Suraxanı rayonu, Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülür.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Tikinti̇ 2019-04-05 13:10:00