×
A
A
A
Sazlamalar

Yasamal rayonundakı Süleyman Dadaşov küçəsi təmir olunur

Bakı, 5 aprel, AZƏRTAC 

Yasamal rayonunun Süleyman Dadaşov küçəsinin bir hissəsində təmir-tikinti işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda küçənin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir. Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 baxış qapağı yenisi ilə əvəz olunacaq, küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqsədilə 8 yeni işıq dirəyi quraşdırılacaq. Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kvadratmetr sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Tikinti̇ 2019-04-05 12:36:00