Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İndoneziyanın “Tempo” həftəlik xəbər jurnalında azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edilib

Bakı, 4 aprel, AZƏRTAC

Martın 31-də İndoneziyanın “Tempo” həftəlik xəbər jurnalında azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın qanlı səhifələrlə dolu tarixinə nəzər salınaraq, rus inqilablarından məharətlə istifadə edən erməni daşnaklarının “Böyük Ermənistan” ideyası və bolşevik bayrağı altında Azərbaycanın müxtəlif regionlarında azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklərdən, o cümlədən Stepan Şaumyan və Avanes Apresyan kimi erməni qəsbkarlarının etiraflarından söz açılır.
Məqalədə, həmçinin Quba hadisələrinə də toxunularaq, ermənilərin törətdikləri kütləvi insan qətlləri zamanı müsəlmanlarla yanaşı ləzgi və yəhudilərin, hətta qırğınlara etiraz edən gürcü və rusların da qətlə yetirildiyi faktına da diqqət çəkilir.
Sonda, o qanlı hadisələrin unudulmadığı vurğulanaraq, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə keçmişdə və hazırkı dövrdə də azərbaycanlılara qarşı aparılan etnik təmizləmə faktları barədə dünya ictimaiyyətinin məlumatlandırıldığı bildirilir.
https://en.tempo.co/read/1191240/azerbaijan-commemorates-the-day-of-the-genocide-on-march-31

31 mart 2019-04-05 06:27:00