×
A
A
A
Sazlamalar

Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı, 4 aprel, AZƏRTAC
Təmir işləri ilə əlaqədar aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natəvan küçəsi ilə kəsişməyədək (300 nömrəli orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2019-04-04 13:06:00