×
A
A
A
Sazlamalar

Bakıda sənaye məhsulunun 15,1 faizi emal sektorunda istehsal olunub

Bakı, 3 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında paytaxtda sənaye məhsulunun 15,1 faizi emal sektorunda istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, emal sektorunda qida məhsullarının istehsalı 31,3 faiz, içkilərin istehsalı 36,7 faiz, tütün məmulatlarının istehsalı 2,2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 50,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 29,4 faiz, kağız və karton istehsalı 66,9 faiz, mebellərin istehsalı 38,1 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 43,8 faiz artıb.

Sənaye 2019-04-03 13:06:00