×
A
A
A
Sazlamalar

Monteneqro saytında 31 mart soyqırımına dair məqalə dərc olunub

Podqoritsa, 2 aprel, AZƏRTAC

Monteneqronun geniş oxucu kütləsinə malik avilja.me saytında 31 Mart soyqırımına dair məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin, o cümlədən Qarabağın dağlıq və dağətəyi ərazilərində 150-dən çox kəndin ermənilər tərəfindən xarabalığa çevrildiyi bildirilir. Həmçinin Şuşada törədilmiş qırğınlar nəticəsində 50 mindən çox, Bakıda isə 30 min azərbaycanlının vəhşicəsinə öldürüldüyü diqqətə çatdırılır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

31 mart 2019-04-02 15:58:00