×
A
A
A
Sazlamalar

UNEC-in kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti və tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı müəllim və tələbələr erməni vəhşiliyini əks etdirən arxiv sənədləri və tarixi şəkillərlə tanış olublar.
Sonra UNEC-in Qubadakı tədris, idman və istirahət kompleksində “Azərbaycanlıların soyqırımı: səbəblər və nəticələr” mövzusunda tələbə elmi konfransı keçirilib.
Konfransda prorektor Səadət Qəndilova, dekanlar Tofiq Osmanov və Asiman Quliyev zaman-zaman azərbaycanlılara qarşı törədilən soyqırımları haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrdə törədilən soyqırımları nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.

31 mart 2019-04-01 13:13:00