×
A
A
A
Sazlamalar

Rotterdamda 31 mart soyqırımı ilə əlaqədar “səssiz yürüş” keçirilib

Bakı, 1 aprel, AZƏRTAC 

Niderland Krallığının Rotterdam şəhərində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar aksiya keçirilib. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Benilüks Azərbaycanlıları Konqresinin və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən “səssiz yürüş”də soydaşlarımız, məktəblilər və Niderlandda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Məktəblilər üzərində “Terrorizmi dayandırın!” sözləri yazılmış xüsusi geyimlərdə olublar.
Şəhərin mərkəzi küçələrində əllərində Azərbaycanın və Avropa İttifaqının bayraqları, “Qarabağa ədalət!”, “Xocalıya ədalət!”, “Soyqırımını dayandırın!”, “Terrorizmi dayandırın!” şüarları ilə irəliləyən aksiya iştirakçıları Rotterdam sakinlərinə “31 mart 1918-ci il. Azərbaycanlıların soyqırımı” kitabçalarını paylayıblar.

31 mart 2019-04-01 12:21:00