Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mart soyqırımının 101 illiyi münasibətilə gənclərin onlayn kampaniyasına start verilib

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun tərəfdaşlığı ilə mart soyqırımının 101 illiyi münasibətilə aprelin 5-dək gənclərin onlayn kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus, ingilis, ispan, italyan və ərəb dillərində məlumatverici və təbliğat xarakterli posterlər, faktlar gənclərin onlayn platforma üzərindən səfərbər etməyi planlaşdırır. Altı dildə hazırlanmış 7 fakt posteri, 6 dildə hazırlanmış xüsusi faktlar, “Facebook” üçün örtük (cover) və çərçivə (frame) göndərilir ki, bu da sosial şəbəkələrdə paylaşımlar etmək üçün resurslar bazası funksiyasını daşıyır. Yeddi fakt posterin üzərində loqonuz üçün xüsusi yer ayrılıb və poster “png” formatında olduğu üçün rahatlıqla öz loqonuzu ora yerləşdirə bilərsiniz.
Vahid platforma və vahid həştəqlər üzərindən kampaniyanı kütləvi şəkildə paylaşsaq, ən üst trendlərdə yer alaraq səsimizi dünya ictimaiyyətinə çatdıra bilərik. Kampaniyaya qoşulmaq üçün resursları təqdim edirik: Ümumi istifadə məqsədi ilə poster, “Facebook” üçün cover şəkli: https://goo.gl/9iLRf72. Altı dildə hazırlanmış 7 fakt posteri və mətni: https://goo.gl/xDQv8X
Bütün gənclər evləri, gənclər təşkilatları, tələbə-gənclər təşkilatları və gənclər mart soyqırımı həqiqətlərinin təbliğatı və dünya ictimaiyyətinə effektiv şəkildə çatdırılması məqsədi ilə başladılan kampaniyaya qoşulmağa dəvət edilir.
Kampaniya çərçivəsində #genocide101 #31MarchGenocide həştəqlərindən istifadə olunacaq.

Qan yaddaşı 2019-03-31 23:00:00