×
A
A
A
Sazlamalar

31 mart soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı, 31 mart, AZƏRTAC 

1918-ci ildə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri qanlı qətliamların - azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanlarının və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.
Soyqırımı haqqında şəxsi heyətin iştirakı ilə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Ordu 2019-03-31 14:02:00