×
A
A
A
Sazlamalar

Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bakı, 30 mart, AZƏRTAC

Martın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxanası Yasamal rayon 167 nömrəli tam orta məktəblə birgə mart soyqırımı qurbanlarının xatirəsini yad etmək və hadisələr haqqında şagirdlərə ətraflı məlumat vermək məqsədilə tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə mart soyqırımı ilə bağlı slaydlar nümayiş olunub. Soyqırımına və Qarabağa həsr olunmuş şeirlər oxunub, “Qarabağ şikəstəsi” ifa edilib.
Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova və 167 nömrəli məktəbin direktoru Qasım Qasımov 1918-ci ilin mart-aprel aylarında Bakıda və Bakı quberniyasında baş vermiş qanlı hadisələr haqqında danışıblar.
Vurğulanıb ki, xalqımıza qarşı törədilən soyqırımı haqqında arxivlərdə kifayət qədər tarixi sənədlər və fotoşəkillər mövcuddur. Bəşəriyyətin ən böyük cinayətlərindən hesab olunan 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyi xatırlanıb.
Tədbirdə azərbaycanlıların soyqırımına həsr olunmuş məlumat lövhələri nümayiş olunub.

31 mart 2019-03-30 18:18:00