×
A
A
A
Sazlamalar

Milli Aviasiya Akademiyasının tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Bakı, 30 mart, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 101-ci ildönümü ilə bağlı akademiyanın tələbələrinin və əməkdaşlarının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil ediblər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, kütləvi məzarlıq üzərinə tər qərənfillər düzərək soyqırımı qurbanlarının xatirəsini anıblar.
Kompleksin əməkdaşı tərəfindən tələbələrə 1918-ci ildə baş vermiş tarixi cinayət haqqında ətraflı məlumat verilib, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri vandalizmin miqyası və dəhşətləri geniş şəkildə danışılıb. Sonra erməni vəhşiliklərini sübut edən tarixi sənədlər və fotoşəkillərdən ibarət ekspozisiyaya baxış keçirilib.

31 mart 2019-03-30 18:15:00