×
A
A
A
Sazlamalar

Ətirşah olan evdə bit, birə olmur

Bakı, 30 mart, AZƏRTAC
Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib. Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü çox xeyirlidir.
AZƏRTAC xəbər verir ki, ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.
Ətirşah qulaq iltihabı, loringit, qan dövranının stimullaşdırılması, ürək ritmi və ürək əzələlərinin işinin tənzimlənməsi, başağrısı zamanı çox faydalıdır. Ürəyin üzərinə ətirşah yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümkündür. Yarpaqlarından hazırlanan məlhəm zökəm, öskürək, angina və soyuqdəymənin müalicəsində gözəl vasitə sayılır.
Efir yağı buraxdığına görə otaq şəraitində saxlanılması xoş aura yaradır. Otağın havasını tənzimləyir, oksigen və efir yağı istehsal edir. Onun yarpaqlarının dəmlənilməsi ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
Təkcə yarpağı deyil, çiçəyi də bir sıra xəstəliklər zamanı müalicəvi təsir göstərir. Onun çiçəyindən alınan yağ ağardıcı və tonuslandırıcı təsirə malikdir. Bütün dəri növlərinə çox yaxşı təsir göstərir, üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Yerləşdiyi mühitin havasını mikroblardan təmizləmək xüsusiyyətinə malikdir.

Sağlamlıq klubu 2019-03-30 18:02:00