Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anılıb

Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
İdarədən AZƏRTAC–a bildirilib ki, Sumqayıtın Tarixi Muzeyində mövzu ilə bağlı çıxışlar dinlənilib, “Şəhidlər qalereyasında” fondda mühafizə olunan materiallar əsasında sərgi açılıb.
Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində rəsm sərgisi təşkil edilib. Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri, rəsmlər nümayiş etdirilib.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanası Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində “Soyqırımı tarixinin dastanı” başlığı altında səyyar sərgi təşkil olunub. Kitabxananın uşaq şöbəsində keçirilən tədbirdə oxuculara soyqırımı haqqında geniş məlumat verilib, mövzu ilə bağlı videoçarx göstərilib, “Tarixi həqiqətlər unudulmur” adlı kitab və dövri mətbuat materiallarından ibarət sərgi təqdim edilib. Şəhərin Gənclər Kitabxanasında 1 saylı Peşə liseyi şagirdlərinin iştirakı ilə “31 Mart - Tariximizin göz yaşı” adlı “dəyirmi masa” keçirilib.
Xızı rayon Heydər Əliyev Mərkəzində və Mərkəzi Kitabxanasında da soyqırımı qurbanları anılıb. Keçirilən tədbirlərdə soyqırımına həsr olunmuş “101 il silinməyən qanlı izlər” adlı sənədli və tarixi faktlar əsasında hazırlanmış videoçarx nümayiş olunub, məruzələr dinlənilib, müzakirələr aparılıb.
Zəngilan rayon Mədəniyyət Evində keçirilən tədbirdə iştirakçılara mart soyqırımı haqqında geniş məlumat verib. Sonra qanlı faciəni əks etdirən sənədli film nümayiş olunub. Rayonun Tarix-Diyarşünaslıq Muzeyində keçirilən anım tədbirində soyqırımı haqqında geniş məlumat verilib, sənədli film göstərilib. Rayon Mərkəzi Kitabxanasında “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı kitab sərgisi açılıb.
Qubadlı rayon MKS və rayon mədəniyyət evi ilə birgə keçirilən tədbirdə də soyqırımı qurbanlarının xatirəsi yad edilib, videoçarx nümayiş olunub.

Mədəniyyət 2019-03-30 13:24:00