×
A
A
A
Sazlamalar

Mart soyqırımı xalqımızın qan yaddaşıdır

Bakı, 30 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Yasamal rayon 53 nömrəli tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi faciə” adlı tədbir təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri 53 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açaraq 1918-ci il mart-aprel aylarında erməni daşnaklarının Bakıda, Qubada, Şamaxıda və digər bölgələrimizdə törətdikləri amansız soyqırımı haqqında məlumat verib.
Şagirdlərin ifasında soyqırımına həsr olunmuş səhnəcik nümayiş olunub və şeirlər söylənilib.
Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşlarının təşkil etdiyi stend və kitab sərgisi nümayiş olunub.

Mədəniyyət 2019-03-30 10:56:00