×
A
A
A
Sazlamalar

Milli Kitabxanada 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş kitab sərgisi açılıb

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Milli Kitabxanasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunub.
Sərgi geniş oxucu kütləsinin marağına səbəb olub. Azərbaycan Dillər Universitetinin tələbələri, universitetin müəllimləri, Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi Mara-Liza Sezer, Avstriya Akademik Mübadilə Xidmətinin əməkdaşları Stefani Matser, Torsten Dalmatiner və digərləri sərgi ilə yaxından tanış olublar. Sərgi iştirakçılarına erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.
Sərgi bir həftə davam edəcək.

31 mart 2019-03-29 14:45:00