Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BDU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 28 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib, şəhidlərin xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev mənfur ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə əsrlərboyu qəsbkarlıq, azərbaycanlılara qarşı soyqırımı siyasəti apardıqlarını bildirib.
1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Qubada, Şamaxıda, ölkəmizin digər şəhər və rayonlarında törətdikləri faciələrdən danışan rektor qeyd edib ki, bədnam düşmən bu hadisələr zamanı 50 mindən çox azərbaycanlını qətlə yetirib. kəndləri, qəsəbələri, şəhərləri talan edib.
E.Babayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı qırğına siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı hadisələrin səbəblərindən bəhs edib. Alim XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini söyləyib.
BDU-nun tələbəsi Vəfa Mürsəlzadə qanlı faciənin yaddaşımızdan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.
Tədbir BDU-nun tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası” sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

31 mart 2019-03-28 15:24:00