×
A
A
A
Sazlamalar

"Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib

Bakı, 27 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 26-da "Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, dördqat dünya çempionu İtaliya millisi autsayder Lixtenşteyn seçməsini qəbul edib.
Görüş italyanların böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.
"Skuadra Adzurra"ın heyətində Stefano Sensi (17), Marko Veratti (32), Quagliarella (35, 45 - hər ikisi penalti), Moise Kin (70) və Leonardo Pavoletti (76) fərqləniblər.
Bu qələbə sayəsində İtaliya millisi xalların sayını 6-ya çatdıraraq turnir cədvəlində birinci, Lixtenşteyn seçməsi isə sıfır xalla sonuncu - 6-cı yerdə qərarlaşıb.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"D" Qrupu
İrlandiya - Gürcüstan - 1:0;
İsveçrə - Danimarka - 3:3.
"F" Qrupu
Rumıniya - Farer adaları - 4:1;
Norveç - İsveç - 3:3;
Malta - İspaniya - 0:2.
"J" Qrupu
Ermənistan - Finlandiya - 0:2;
Bosniya və Herseqovina - Yunanıstan - 2:2;
İtaliya - Lixtenşteyn - 6:0.

İdman 2019-03-27 02:40:00