×
A
A
A
Sazlamalar

Zəlzələ Türkiyədə 93 evə ciddi ziyan vurub

Ankara, 27 mart, AZƏRTAC

Türkiyənin Malatya vilayətinin Arguvan və Hekimhan rayonlarında baş vermiş zəlzələdə ümumilikdə 221 ev zədələnib.
AZƏRTAC xəbər verir ki, 15 məhəllədə yerləşən 93 ev daha çox ziyan görüb. Onların çoxu yarasız hala düşüb. Malatya valisi Aydın Baruş təbii fəlakət bölgəsinə baş çəkib. Vali bildirib ki, dağılmış və ziyan görmüş evlərlə bağlı qərar qəbul olunacaq.
Qeyd edək ki, martın 20-dən bu tərəfə Dənizli və Malatya vilayətlərində çox sayda zəlzələ qeydə alınıb. Dənizlinin Acıpayam bölgəsində Rixter cədvəli üzrə 5.5 bal gücündə baş vermiş ən güclü zəlzələ əhalidə böyük narahatlıq yaradıb. Yeraltı təkanların davam etməsi səbəbindən martın 27-də daxil olmaqla təhsil müəssisələrində tətil elan olunub. Dağılmış evlərin sakinləri çadırlara köçürülüb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-03-27 03:23:00