×
A
A
A
Sazlamalar

Stiv Bennon: İtaliyanın “Liqa” partiyası Avropa Parlamentində əsas partiya ola bilər

Roma, 27 mart, AZƏRTAC
May ayında Romada Avropa Parlamentinə (AP) keçiriləcək növbəti seçkilərdən sonra İtaliyanın “Liqa” partiyası AP-də əsas partiyalardan biri ola bilər.
AZƏRTAC İtaliyanın “askanews” saytına istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş baş strateqi Stiv Bennon söyləyib.
“Düşünürəm ki, “Liqa” partiyası hazırda sahib olduqları impulsu qoruyub saxlaya bilsələr, AP-də 50 faizdən çox yer əldə edə bilər”, – deyə S.Bennon qeyd edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma 

Dünya 2019-03-27 00:48:00