Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Anadolu agentliyi bələdiyyə seçkilərinə aid xəbərləri 2500 KİV ilə paylaşacaq

Ankara, 26 mart, AZƏRTAC

Anadolu agentliyi martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə aid məlumatları 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.
AZƏRTAC xəbər verir ki, agentlik bu vaxta qədər Türkiyədə keçirilən altı seçki və bir referenduma aid səsvermə və onun nəticələrini 13 dildə dünya ictimaiyyətinə çatdırıb.
Bu barədə açıqlama verən Anadolu agentliyinin baş direktoru Şenol Kazancı bildirib ki, 31 mart seçkilərinin mükəmməl şəkildə işıqlandırılması üçün hazırlıq işləri başa çatıb. Qeyd olunub ki, agentliyin seçkilərlə bağlı yaratdığı xüsusi sayt izləyicilərə səsvermə və onun nəticələri barədə operativ məlumat almağa geniş imkan yaradacaq.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-03-26 16:04:00