Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şagird Aqşin Ağayev: Abşerona xoş təəssüratlarla qayıdırıq

Lənkəran, 26 mart, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinin tarixi və mədəniyyət abidələri, milli adət və ənənələri, zəngin mətbəxi, sosial-iqtisadi inkişafı və mənzərəli yerləri ilə tanışlıq bizdə zəngin təəssürat yaradıb. Abşerona məhz bu xoş təəssüratlarla qayıdırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş tur-aksiya çərçivəsində martın 23-26-da cənub bölgəsinə səyahət edən Abşeron rayonunun Xırdalan şəhər 5 nömrəli tam orta məktəbinin X sinif şagirdi Aqşin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
A.Ağayev daha sonra deyib: “Lənkəranda “Mayak” binası, “Xan sarayı”, Astarada “Yanar bulaq”, Masallıda tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq yaddaşımdan heç vaxt silinməyəcək. Bütün bunlar Azərbaycanın qədim tarixə və yüksək mədəniyyətə malik olduğunu bir daha sübut edir.
Biz bölgənin tarix və mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda iştirak edirdik. Səyahətimiz çox mənalı keçdi. Tur-aksiyanın bütün təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Regionlar 2019-03-26 16:00:00