×
A
A
A
Sazlamalar

Çin Colan təpələrinin statusunun dəyişdirilməsinə etiraz edir

Pekin, 26 mart, AZƏRTAC

Çin Xalq Respublikası Colan təpələrinin statusunun birtərəfli qaydada dəyişidirilməsinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan gündəlik mətbuat konfransında çıxış edib. O, bölgədə gərginliyi yüksəltməyin yolverilməz olduğunu vurğulayıb.
"Beynəlxalq ictimaiyyət Colan təpələrini işğal olunmuş ərazi kimi tanıyır", - deyən Lu Kan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası İsraili Colan təpələrindən çəkilməyə çağıran bir neçə qətnamə qəbul edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-03-26 15:06:00