“Azərkosmos” ASC Beynəlxalq Astronavtika Federasiyasının yaz toplantılarında təmsil olunur
Paris, 26 mart, AZƏRTAC
Fransanın paytaxtı Parisdə Beynəlxalq Astronavtika Federasiyasının yaz toplantıları öz işinə başlayıb. “Azərkosmos” ASC-nin nümayəndə heyəti toplantılarda iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Azərkosmos”un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının builki yaz toplantılarında Dövlət Turizm Agentliyi ilə birlikdə Azərbaycanın kosmik sahədəki rolundan, mədəniyyət və tarixindən, eləcə də turizm imkanlarından bəhs edən təqdimatlar keçiriləcək.
Hər il ənənəvi olaraq keçirilən yaz toplantıları Federasiyanın ən önəmli tədbirlərindən hesab olunur. Tədbirlər çərçivəsində Beynəlxalq Astronavtika Federasiyasının, eyni zamanda, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) prezidenti Jan-İv Lö Qall, vitse-prezidentlərdən ibarət Büro, eləcə də aidiyyəti komitələrin iştirakı ilə silsilə iclaslar təşkil olunacaq. Federasiyaya üzv qurumlar arasında astronavtika sahəsində il ərzində görüləcək işlər, qlobal kosmik arenada yeni kosmik sənayenin rolu və bu sahədəki trendlərlə bağlı geniş müzakirələr aparılacaq.
Yaz toplantılarında federasiyanın mötəbər tədbirlərinin gələcəkdə Bakı şəhərində keçirilməsi və Azərbaycanın kosmik ölkə olaraq üzv qurumlar arasında tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib
® Ulduz Şokolad Fabriki daha bir beynəlxalq sertifikat qazanıb
AZPROMO da “Brand Award Azerbaijan”ın rəsmi tərəfdaşıdır
“Xanoba” gömrük postunda tikinti işləri davam etdirilir VİDEO
Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası keçirilib