×
A
A
A
Sazlamalar

Şahbuz şəhərində çoxmərtəbəli yaşayış binası inşa olunur

Şahbuz, 26 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində 40 mənzilli altımərtəbəli yaşayış binası inşa olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 83 və 90, ikiotaqlı mənzillərinki isə 63 və 70 kvadratmetr olacaq.
Binanın zirzəmisində mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı, xidmət mərkəzi yerləşəcək.
Hazırda binanın dördüncü mərtəbəsində beton-qəlib, digər mərtəbələrdə isə hörgü işləri görülür.

Regionlar 2019-03-26 14:32:00