Türkmənistanda X beynəlxalq qaz konqresi keçiriləcək
Aşqabad, 26 mart, AZƏRTAC
Mayın 21-22-də Xəzər dənizi sahilində yerləşən “Avaza” milli turizm zonasında Türkmənistan X beynəlxalq qaz konqresi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konqresdə neft-qaz sənayesinin strateji və ticari məsələləri, istehsalın bütün texniki tərəfləri müzakirə ediləcək.
Forumda Türkmənistanın yeni qaz-kimya layihələrinin potensialının nəzərdən keçirəcəyi planlaşdırılır. Böyük şirkətlərin menecerləri innovativ məhsulların təqdimatını keçirəcək, əməkdaşlıq perspektivlərini bölüşəcəklər. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisi diqqət mərkəzində olacağı tədbir çərçivəsində yeni müqavilələrin imzalanacağı və razılaşmaların əldə ediləcəyi gözlənilir.
Konqresdə SOCAR, “Petronas”, “Gaffney”, “Cline and Associates”, “Hyundai Engineering”, “Kawasaki”, “Shell”, NAPECO, “Vitol”, CNPC, “Dragon Oil”, ENI, “Buried Hill” kimi şirkətlərin, həmçinin böyük beynəlxalq təşkilatların, dünyanın maliyyə institutlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı planlaşdırılır.
Yubiley konqresin təşkilatçıları “Türkmənqaz” Dövlət Konserni və “Türkmən Forum” şirkətidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib
® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar