Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın rəqs qrupları Ankarada TÜRKSOY-un qərargahında olublar

Ankara, 26 mart, AZƏRTAC

Azərbaycanın “Cəngi” estrada folklor və “Dan ulduzu” rəqs ansamblları Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı ölkəmizi Türkiyədə keçirilən mərasimlərdə yüksək peşəkarlıqla təmsil edən hər iki qrupa Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının rəhbərliyi adından təşəkkürünü çatdırıb, onların nadir yaradıcılıq üslubu barədə xoş sözlər danışıb.
Qeyd edək ki, Azərbaycanın “Cəngi” estrada folklor və “Dan ulduzu” rəqs ansamblları “TRT AVAZ” kanalının 10 illiyi münasibətilə Türkiyənin Əskişəhər şəhərində keçirilən təntənəli mərasimdə, Ankarada Etiməsqut bələdiyyəsi və TÜRKSOY-un birgə təşkil etdiyi Novruz şənliklərində çıxış ediblər. Musiqi qruplarımızın ifaları tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Mədəniyyət 2019-03-26 13:30:00