Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişlidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb

İmişli 26 mart, Mahir Babayev, AZƏRTAC

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Murquzanlı kəndi ərazisində “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Saatlı rayon sakinləri Nadif Hüseynov və Xəzər Mürsəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-03-26 10:52:00