×
A
A
A
Sazlamalar

Roberto Mançini: İtaliya “Avro 2020”nin seçmə mərhələsində yalnız qələbə hədəfləyir

Roma, 26 mart, AZƏRTAC
Futbol üzrə dünya çempionatına vəsiqə qazanmamağımız FIFA reytinqindəki mövqeyimizə əhəmiyyətli dərəcədə təsir göstərib və biz bu geriliyi aradan qaldırmaq istəyirik.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oynanılacaq matçdan əvvəl keçirdiyi mətbuat konfransında söyləyib.
“Artıq bir neçə aydır ki, İtaliya FIFA reytinqdə 18-ci yerdə qərarlaşır. Bu nəticə bizi qane edə bilməz. Ona görə də “Avro 2020”nin seçmə mərhələsində yalnız qələbə qazanmağı hədəfləyirik”, – deyə R. Mançini bildirib.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-03-26 09:40:00