×
A
A
A
Sazlamalar

Özbəkistan Tacikistandan keçməklə Çinə avtonəqliyyat tranzitinə başlayır

Daşkənd, 26 mart, АZƏRTAC
Özbəkistan hökuməti Tacikistan ərazisindən keçməklə Çinə avtonəqliyyat marşrutlarını işə salmaq fikrindədir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Artıq Özbəkistanın nəqliyyat sektorunun tranzit potensialının yüksəldilməsi haqqında tədbirlər planı da təsdiq edilib. Layihə çərçivəsində Özbəkistan-Tacikistan-Çin marşrutu üzrə pilot avtoyürü də təşkil olunacaq və bu marşrutda yük daşımalarının tranzit potensialının imkanları öyrəniləcək.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-03-26 08:30:00